Yuxarı

Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 10-dan sentyabrın 5-dək tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənəd qəbulu həyata keçirilib.

Təhsil Nazirliyindən Axar.az-a bildiriblər ki, artıq tələbələrin "transfer.edu.az" elektron portalı vasitəsilə qeydiyyatı başa çatıb. Bu müddətdə 1061 tələbə portala müraciət edib. Onlardan 239 nəfəri köçürülmək istədikləri universitetləri seçərək sorğularını təsdiqləyib, 51 tələbə isə sorğusundan imtina edib. 188 tələbənin 108-i yerli ali təhsil müəssisələrindən, 80-i isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.

Qeyd edək ki, təhsil nazirinin "Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə" əmrinə əsasən, bu il ilk dəfə tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin "transfer.edu.az" elektron portalı vasitəsilə həyata keçirilməyə başlanıb.

Tarix
2016.09.06 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Hindistanın 5 qırıcısının məhvindən danışdı

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla