Yuxarı

Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

"Axar.az" xəbər verir ki, Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə Bakının Novxanı kəndində dünyaya göz açıb. İlk əmək fəaliyyətinə 19 yaşında jurnalist olaraq başlayıb. 1905-ci ildə isə siyasi fəaliyyətə başlayıb. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttarxan hərəkatında yaxından iştirak edib. Siyasi baxışına görə burada da çox qala bilməyib. O, 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb.

Bundan sonra Türkiyəyə üz tutan Rəsulzadə 1911-1913-cü illərdə İstanbulda Türk ocağında çalışıb. 1913-cü ildə isə Bakıya geri qayıdıb.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunub.

Daha sonra azad olunan siyasi xadim Almaniyaya gedib. İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra yenidən Türkiyəyə qayıdaraq Ankarada yerləşib.

Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

Hazırda Türkiyə paytaxtında M.Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə bir küçə "28 mayıs" adlandırılır.

Novxanıda görkəmli xadimin abidəsi ucalır.

Tarix
2014.03.06 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tailand kralını təbrik etdi

Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək

Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi

Ermənilərin azərbaycanlılara qarşı cinayətləri...

Pensiyalar nə qədər artırılacaq? - Millət vəkili

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu başladı

Prezident konfrans iştirakçılarına müraciət etdi

Bakıda mühüm konfrans keçirilir

İran bu ölkəni tam itirdi: “Şiə hilalı” batdı

Nazirlik bu universiteti cərimələdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla