Yuxarı

FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər

18-19 aprel 2026-cı il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, böyüklər və masterlər arasında qol güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Axar.az xəbər verir ki, çempionatda ölkənin şəhər və rayonlarından, klub və idman cəmiyyətlərindən 200-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in qol güləşi üzrə yığma komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Sənan Şükürov 86kq çəki dərəcəsində sağ qol üzrə bütün rəqiblərinə qalib gələrək qızıl, sol qolda isə gümüş medal qazanmağı bacarıb.

Bundan əlavə, komandanın digər üzvü, Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev +105kq çəki dərəcəsində böyüklər arasında sağ qol ilə mübarizə apararaq çempionatın gümüş medalına layiq görülüb.

Qaliblərə medal və çempionatın diplomları təqdim edilib.

Bundan başqa, aprelin 18-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı keçirilib. Yarışda 11 dövlət qurumundan 19 kişi əməkdaş iştirak edərək əzmkar mübarizə aparıblar.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rauf Əsgərov 6 görüş keçirərək gümüş, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı leytenant Cavid Mustafazadə isə 5 görüş keçirərək yarışın bürünc medalına yiyələniblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi medal və diplom təqdim edilib.

Tarix
2026.04.20 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla