Yuxarı

Gəncədəki qətllə bağlı yeni məqamlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədəki qətllə bağlı yeni məqamlar

Sentyabrın 11-də Gəncə şəhərində törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Report-un məlumatına görə, 12 yaşlı qızı Vüsalə Quliyevanın üzərinə benzin tökən və onu yandıraraq qətlə yetirən 1975-ci il təvəllüdlü Bülbül Qasımova keçirdiyi bəzi psixoloji sarsıntılardan sonra ruhi xəstə kimi qeydiyyata alınıb.

Onun yaxınlarının sözlərinə görə, V.Quliyevanın atası 1972-ci il təvəllüdlü Füzuli Quliyev bir müddətdir Rusiya Federasiyasına işləməyə gedib. Ailənin tək övladı olan qız isə anası ilə birgə yaşayıb. B.Qasımova dəfələrlə öz qızına qarşı zorakılıq edib. O, sonuncu dəfə Vüsalənin icazəsiz olaraq evdən pul götürməsinə əsəbiləşib, ardınca qızı döyərək yandırıb. Qışqırtı səsinə gələn qonşular ağır yanıq xəsarətləri alan qızı xəstəxanaya aparıblar. Lakin həkimlər tərəfindən göstərilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

B.Qasımova isə hadisə yerindən qaçıb.

Hazırda polis tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir və qadının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Tarix
2016.09.12 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla