Yuxarı

Ana söyüşünə görə dostunu öldürdü – Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ana söyüşünə görə dostunu öldürdü – Bakıda

Bakı sakini qətlə yetirilib.

Axar.az xəbər verir ki, hadisə sentyabrın 11-də paytaxtın Xətai rayonu ərazisində baş verib.

Füzuli rayon sakini Laçın Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. F.Məmmədov hadisə yerində ölüb.

Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, L.Teymurov avtomobili ilə Bakı şəhər sakini F.Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub.

Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı F.Məmmədov L.Teymurovun anasını təhqir edib. O, bunu "zarafat" məqsədi ilə etdiyini deyib. Lakin L.Teymurov bu hərəkətdən əsəbləşib.

Bir neçə saat sonra L.Teymurov digər dostlarını çağırıb və F.Məmmədovun yaşadığı ünvana gedib. Yenidən yaşanan mübahisə zamanı tərəflər əlbəyaxa olublar. Dava zamanı L.Teymurov F.Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

Tarix
2016.09.12 / 18:34
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla