Yuxarı

Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto

Səbuhi Qurbanov Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor vəzifəsinə təyin olunub.

Axar.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni təyin edilən S.Qurbanov kollektivə təqdim olunub.

Səbuhi Qurbanov bakalavr təhsilini Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə alıb.

O, əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. Daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli tam orta məktəbdə direktor vəzifələrində çalışıb, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.

Səbuhi Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Səbuhi Qurbanov 2025-ci ildən son təyinatadək Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Tarix
2026.04.27 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Özbəkistana getdi - Video

Kamçatkada köməksiz qalan vətəndaşımız təxliyə edildi

Azərbaycan media heyəti Daşkənddədir - Video

Azərbaycan və Özbəkistanı bu dəyərlər birləşdirir - Qafarov

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla