Yuxarı

DİP jurnalistlərə mükafat təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİP jurnalistlərə mükafat təqdim etdi

Demokratik İslahatlar Partiyası (DİP) "22 iyul – Milli Mətbuat Günü" münasibətilə Partiyanın təsis etdiyi "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafatı sahiblərinə təqdim edib.

Ann.az xəbər verir ki, təqdimat məqsədilə geçirilən görüşdə partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj vermək istəyir.

"Müstəqil və demokratik Azərbaycanın qurulmasında, inkişafında jurnalistlərin də mühüm rolu var. Hesab edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya dəstək verməsi vacibdir" – deyə millət vəkili bildirib.

Sonra o, müvafiq diplomları və mükafatı qaliblərə təqdim edib.

Ann.az saytının redaktoru Nailə Bağırova "təhsil və mədəniyyətin təbliğinə dair materialların hazırlanmasındakı roluna görə", Axar.az saytının əməkdaşı Aygün Yusibova "Qarabağ probleminə və ölkənin ictimai-siyasi gündəminə dair hazırladığı obyektiv materiallara görə", CSC telekanalının redaktoru Sənan Rzayev "xarici dildə peşəkar xəbər buraxılışlarının və teleproqramların hazırlanmasındakı xidmətlərinə görə" 2016-cı ilin mükafatını qazanıblar.

Qaliblər mükafatlara və partiyanın bu ənənəsinə görə Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Media tariximizdə böyük rolu olan iki dahi şəxsiyyətın adını daşıyan mükafatı əldə etməkdən qürur hissi keçirdiklərini ifadə ediblər.

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Tarix
2016.09.16 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla