Yuxarı

Bir neçə televiziya kanalının adı dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir neçə televiziya kanalının adı dəyişdirildi

"Region" televiziyasının rəhbərliyi Region TV brendinin dəyişdirilməsi ilə bağlı mətbuat konfransı keçirib.

Report-un xəbərinə görə, telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov deyib ki, Region TV bundan sonra ARB TV kimi fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, bu yenilənmə təkcə Region TV-yə aid deyil, tərəfdaş telekanallara da aiddir:

"Həmin telekanallar da adlarını bizə uyğunlaşdıracaqlar. Ölkənin ilk televiziyası TTV bundan sonra "ARB 24" TV, Günəş televiziyası ARB Günəş TV, Gəncədə fəaliyyət göstərən Alternativ TV "ARB Alternativ" TV kimi fəaliyyətini davam etdirəcək. Reginal tərəfdaşlarımız da brendlərini bizə uyğunlaşdırdılar, Kəpəz TV "ARB Kəpəz" TV, Kanal S "ARB Şəki" TV, LTV "ARB Aran" TV, CTV "ARB Cənub" adı ilə yayımlanacaq".

İ.Həsənov qeyd edib ki, hər bir kanalın adı onun fəaliyyət göstərdiyi məkanın adına uyğunlaşdırılıb:

"Bu, Cənubi Qafqazın ən böyük tərəfdaşlıq layihəsidir. Bu tərəfdaşlıqda 9 kanal, bir radio təmsil olunur. Bura 5 regional, 3 tematik peyk yayımı olan TV və ARB TV daxildir. Media trendləri yenilənir, buna görə də biz bu addımı atdıq. Artıq, yeni efir konsepsiyasından çıxış edirik".

O bildirib ki, kanalların tezliklərdə heç bir dəyişiklik olmayacaq:

"Biz daha çox keyfiyyətə üstünlük veririk. Efirimiz rəngarəng və çeşidlidir".

İ.Həsənov bütün tərəfdaş kanalların eyni mikrofondan istifadə edəcəyini vurğulayıb.

Tarix
2016.09.19 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla