Yuxarı

Bakıda evə basqın: ər və arvad öldürüldü - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda evə basqın: ər və arvad öldürüldü - Təfərrüat

13:35

Bakıda qətl hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Bakıda törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Məlumata görə, hadisə bu gün səhər saat 06 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 37-də baş verib.

Həmin binada yaşayan 1946-cı il təvəllüdlü Sabir Əliyev və onun həyat yoldaşı Zöhrə Əliyeva xüsusi amansızlıqla qətlə yetiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev mərhumların qonşuluğunda yaşayırmış və narkotik asılılığından əziyyət çəkirmiş.

Məlumata görə, M.Niftəliyev bir müddət əvvəl narkotik asılılığına görə müalicə aldığı müəssisədən yeni çıxıbmış. Müalicədən qayıtdıqdan sonra o, yenidən narkotik aludəçiliyini davam etdirib.

Bir gün əvvəl o, Sabir Əliyevdən narkotik almaq üçün pul istəsə də, ahıl kişi ona rədd cavabı verib. M.Niftəliyev bundan sonra başqa qonşuya müraciət edib və ondan 5 manat alıb.

Bu gün səhər saatlarında S.Əliyev, həyat yoldaşı Zöhrə Əliyeva və onun bacısı rayonlardan birinə istirahətə gedirlərmiş. Səhər saatlarında S.Əliyev avtomobili işə salmaq üçün həyətə düşərək giriş qapısını açıb. Qapını açarkən o, Murad Niftəliyevlə rastlaşıb və Murad ondan yenidən pul tələb edib. Sabir Əliyev isə ona yenidən rədd cavabı verib.

Elə bu vaxt M.Niftəliyev üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.Əliyevin boğaz nahiyəsinə zərbə endirib. Zərbənin təsirindən S.Əliyev yerə yıxılıb və səsə onun həyat yoldaşı Zöhrə Əliyeva evdən çıxaraq qışqırıb, qonşuları köməyə çağırıb. Elə bu vaxt M.Niftəliyev qadına da bıçaqla döş qəfəsi və kürək nahiyəsindən zərbələr endirib.

Hər iki şəxsi öldürən M.Niftəliyev evi qarət etmək istəsə də, qonşuların səsə çıxdıqlarını görüb, hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Tarix
2026.05.25 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla