Yuxarı

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın problemləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın problemləri...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyin ölkəmizin gələcək inkişafında əsas prioritetlər kimi müəyyən olunduğunu nəzərə çatdırıb. Məruzədə həmçinin, cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti və birbaşa rəhbərliyi sayəsində dövlət idarəçiliyində rəqəmsal transformasiyanın dərinləşdiyi, müvafiq sahənin strateji əhəmiyyəti, kadr hazırlığının elmi potensialla dəstəkləndiyi, habelə kibersuverenliyin təmin edilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyi bildirilib.

AR Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov rəqəmsal texnologiyaların milli təhlükəsizlik və iqtisadi dayanıqlılıqdakı strateji roluna toxunaraq, ali təhsil müəssisələrində müasir tədris proqramlarının hazırlanmasının dövrün tələbi olduğunu və konfransın əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTD) rəisinin birinci müavini Yaşar Əməşov kibercinayətkarlığın qarşısının alınması və kritik informasiya infrastrukturunun etibarlı mühafizəsinin dövlət təhlükəsizliyinin prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov innovativ həllərin yaratdığı yeni kiberrisklərdən bəhs edərək, rəqəmsal sübutların düzgün əldə edilməsinin cinayətlərin açılmasında həlledici rol oynadığını açıqlayıb.

Tədbirdə, həmçinin, AzTU-nun rektoru Vilayət Vəliyev, DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Milli Müdafiə Universitetinin rektor müavini Arif Həsənov, AKTA-nın icraçı direktoru Rauf Cabbarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək artan kibertəhdidlər qarşısında dövlət informasiya sistemlərinin mühafizəsi və rəqəmsal cinayətkarlığa qarşı mübarizə üçün elm, təhsil müəssisələri, eləcə də müvafiq dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Tarix
2026.06.06 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla