Yuxarı

Kirayə mənzillər bahalaşacaq - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə mənzillər bahalaşacaq - Səbəb

Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakının kirayə mənzil bazarında hər il müəyyən canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələnlər, turist axınının artması və tələbələrin yerləşmə axtarışları bazarda qiymətlərə təsir göstərən amillər sırasında göstərilir.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, yay mövsümündə Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alan tələbələrin geri dönüşü ilə kirayə mənzil fondunda müəyyən boşalmalar yaranır və bu, qiymətlərin nisbətən sabitləşməsinə səbəb olur.

“İstirahət məqsədilə kirayəyə verilən bağ evləri seqmentində isə vəziyyət fərqlidir. Abşeron yarımadasında və Bakı ətrafında yerləşən bağ evlərinə maraq iyunun 15-20-dən sonra artmağa başlayır. Hazırda ev sahibləri bazarı qiymətləndirir və əmlaklarını ilkin mərhələdə daha yüksək qiymətlərlə təklif edirlər. Lakin iyunun ikinci yarısında bazarın real tələbi formalaşdıqca, qiymətlər də daha dəqiq müəyyənləşir", - o deyib.

Ekspert həmçinin vurğulayıb ki, bu il bazarda müəyyən fərqliliklər ola bilər:

"Çünki Ərəb körfəzi ölkələrindən turist axınında azalmalar müşahidə olunur. Bununla belə, Rusiya və digər ölkələrdən gələn turistlərin sayında artım ola bilər. Hazırda bu barədə dəqiq proqnoz vermək çətindir. Bazar hələ formalaşma mərhələsindədir və kirayə verənlər tələbin səviyyəsini müəyyənləşdirməyə çalışırlar.

Şəhərin mərkəzi hissəsində, xüsusilə sutkalıq kirayə mənzillərə tələbat daha yüksəkdir. Subarenda məqsədilə istifadə olunan bir və ikiotaqlı mənzillərin tapılması əvvəlki illərlə müqayisədə çətinləşib. Bunun əsas səbəblərindən biri şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində həyata keçirilən söküntü işləridir".

E.Azadov onu da əlavə edib ki, pilot layihələr çərçivəsində köhnə yaşayış fondunun bir hissəsi dövriyyədən çıxır:

"Nəticədə münasib qiymətə təklif olunan mənzillərin sayı azalır. Onların yerində inşa edilən yeni yaşayış binalarında isə mənzillər daha yüksək qiymətlərlə bazara çıxarılır. Bu da kirayə qiymətlərinə təsirsiz ötüşmür.

Hesab edirəm ki, kirayə mənzil bazarında əsas qiymət artımı ənənəvi olaraq avqust-sentyabr aylarında müşahidə olunacaq”.

Tarix
2026.06.06 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla