Ukrayna ABŞ Prezidenti Donald Trampın hədələrinə və onun Vladimir Putinlə razılığa gəlməsinə baxmayaraq, Rusiyanın neft emalı zavodlarına və digər enerji infrastrukturuna hücumları dayandırmaya bilər.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Teleqrаf” nəşri yazıb.
Nəşr qeyd edir ki, Kiyev neft sənayesinə zərbələri Kremlə iqtisadi təzyiq göstərməyin ən təsirli vasitələrindən biri hesab edir:
“Rusiyadan ABŞ-a dizel yanacağının tədarükü barədə açıqlamadan qısa müddət sonra Rostov-na-Donuda Novoshaxtinsk neft emalı zavodu ilə əlaqəli neft yükləmə terminalında güclü yanğın baş verib. Məlumatlara görə, obyekt Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Daha sonra Samara vilayətində, Pros vet qəsəbəsi yaxınlığında yerləşən digər böyük neft obyektinin də vurulduğu məlum olub.
Bu zərbələr Ukraynanın Rusiyanın hərbi maşınının maliyyələşdirilməsinə sərf olunan neft gəlirlərini azaltmağa yönəlmiş genişmiqyaslı kampaniyasının bir hissəsidir. Bununla yanaşı, hücumlar dünya bazarında yanacağın qiymətlərinin artması ilə əlaqələndirən Trampın narazılığına səbəb olur. ABŞ prezidenti noyabrda keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində yanacağın qiymətini aşağı salmağa çalışır. Lakin Kiyev hücumlardan imtina etməyə hazır olduğunu nümayiş etdirmir”.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya dizel ixracı ilə bağlı tətbiq edilən sanksiyaları növbəti ilin aprelin 7-dək aradan qaldırıldığını bəyan edib. Bundan sonra isə ABŞ-ın Ukraynadan Rusiyanın neft zavodlarını vurmamasını tələb etdiyinə dair məlumat yayılıb.