Yuxarı

Şahdağa qar yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahdağa qar yağdı – Faktiki hava

Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə intensiv və güclü olub, Şahdağa isə qar yağıb.

Qarın hündürlüyü Şahdağda 1 sm-dir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm olub ki, bu da aylıq normanın 60 %-ni təşkil edir.

Respublika ərazisində düşən yağıntının miqdarı: Oğuzda 53 (aylıq normanın 44%-i), Şəkidə 46 (aylıq normanın 45%-i), Qəbələdə 45 (aylıq normanın 40%-i), Zaqatalada 37 (aylıq normanın 29%-i), Göygöldə 33 (aylıq normanın 27%-i), Xaltanda 33 (aylıq normanın 36%-i), Balakəndə 31 (aylıq normanın 24%-i), Xınalıqda 25 (aylıq normanın 53%-i), Şahdağda 24 (aylıq normanın 51%-i), Qrızda 24 (aylıq normanın 26%-i), Gədəbəydə 22, Daşkəsəndə 20, Qusarda (Ləzə) 12, Qubada 10, Qaxda (Sarıbaş) 8, Şahbuz, Culfa, Astara, Şabran, İsmayıllıda 6, Zərdabda 5, Ağdamda 4, Xaçmaz, Altıağac, Naftalan, Lerikdə 3, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Qobustan, Mingəçevir, Goranboyda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Naxçıvan, Sədərək, Şəmkir, Tovuz, Şamaxı, Bərdə, Beyləqan, Yevlax, Göyçay, Beylaqan, İmişli, Neftçala, Ağsu, Yardımlı, Salyanda 1 mm-dək qeydə alınır.

İyunun 6-da saat 20:15-20:22 radələrində Zaqatala ərazisinə diametri 9 mm, saat 14:30 radələrində Tovuz rayonunun Göyəbaxan kəndinə, saat 20:56 radələrində isə Gədəbəyin Novosatovka kəndinə dolu düşüb.

Lerik, Balakən, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarıda 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti müşahidə olunub.

Tarix
2026.06.07 / 10:59
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla