Yuxarı

ADSEA Yasamalda sərgi təşkil etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA Yasamalda sərgi təşkil etdi - Foto

2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Yasamal parkı ərazisində tarixi su təsərrüfatı obyektlərinə baxış sərgisi təşkil olunub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncamı ilə şəhərsalma, memarlıq irsinin qorunması və müasir infrastrukturun formalaşdırılması istiqamətində yeni inkişaf mərhələsinə qədəm qoyub.

Dövlət siyasətinin əsas prioritetlərindən biri də strateji əhəmiyyət daşıyan su təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqi, tarixi irsin qorunması və memarlıq dəyərlərinin yaşadılmasıdır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həyata keçirdiyi layihələr yalnız mühəndislik və kommunal xidmət baxımından deyil, eyni zamanda şəhərsalma və memarlıq baxımından da xüsusi əhəmiyyət kəsb edir. Agentliyin fəaliyyət sahəsinə daxil olan bir sıra tikililər və komplekslər funksionallıqla estetik yanaşmanın vəhdətini özündə birləşdirərək ölkəmizin memarlıq irsinin mühüm nümunələrinə çevrilib.

Azərbaycanın su təsərrüfatı tarixində inşa edilmiş obyektlər, istər meliorasiya qurğuları, istərsə də içməli su təchizatı sistemləri ilə bağlı binalar özünəməxsus memarlıq üslubu ilə seçilir.

Tarix
2026.06.07 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla