Yuxarı

FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi

5-7 iyun 2026-cı il tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində III Dünya Korporativ Oyunları keçirilib.

Axar.az xəbər verir ki, yarışlarda 180 komandadan 1500-ə yaxın idmançı müxtəlif idman növləri üzrə öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışda Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.

Belə ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol komandası 6 oyun keçirərək finala vəsiqə qazanıb. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “ROSTEK” komandasına 2:0 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.

3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası 5 oyun keçirərək finalda Mərakeşin "FOUNDEVER 1" komandasına 11:4 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, gizir Əli Bayramov stolüstü tennis üzrə yarışda 6 oyun keçirərək bürünc medal əldə etməyi bacarıb.

Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.

Tarix
2026.06.07 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla