Yuxarı

“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə “Kontakt” Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırılan bu rəsmi mağaza sayəsində region sakinləri uzağa getmədən, birbaşa şəhərin mərkəzində zəngin məhsul çeşidinə cəmi bir addımla qovuşacaqlar.

Şəbəkə bu böyük addımla qədim torpaqlara müasir yaşayış standartlarını və qlobal brendləri fiziki olaraq gətirir. Yəni, burada smartfon və rəqəmsal texnologiyalardan tutmuş, məişət texnikası, mebel, ev tekstili və təmir-tikinti avadanlıqlarına qədər - Xankəndində həyatın tam bərpası üçün lazım olan hər şey yerindəcə təqdim olunacaq.

Üstəlik, Xankəndi “Kontakt”ın Qarabağa dair ilk addımı deyil. Şəbəkə artıq 3 ildən çoxdur ki, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrinə onlayn məhsul çatdırılmasını uğurla həyata keçirir. Xankəndidə açılacaq yeni mağaza isə bu prosesin növbəti mərhələsidir - xidmət birbaşa fiziki mağaza konsepti ilə təqdim olunacaq.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir “Qarabağ Proqramı” çərçivəsində ardıcıl olaraq vətənpərvərlik layihələri həyata keçirir. Şəhid ailələri və qazilərlə bağlı təşəbbüslər və bölgələrin inkişafına yönəlmiş addımlar proqramın əsas istiqamətləri sırasında yer alır. Xankəndidə açılacaq yeni mağaza da həmin yanaşmanın davamı olaraq həm bölgədə geniş iş yerləri yaradır, həm də əhalinin gündəlik ehtiyaclarının rahat qarşılanmasını təmin edir.

Tarix
2026.06.08 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan neçə deputat yeri qazandı? – 10 yer itirdi

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Ceyhun Bayramov İstanbula getdi

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla