Yuxarı

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

Toplum TV işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun məhkəmə istintaqı yekunlaşıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətli 16 il, Ramil Babayev 14 il , Əli Zeynalov 15 il , Müşfiq Cabbarov 14 il, İlkin Əmrahov 14 il, Fərid İsmayılov 13 il, Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. O, Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.

Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.

Növbəti proses iyunun 22-nə təyin edilib.

Xatırladaq ki, 2024-cü ilin martın 6-da Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

Toplum TV-nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Tarix
2026.06.08 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla