Yuxarı

Bu qurum niyə 350 min manata siçan-siçovul alır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qurum niyə 350 min manata siçan-siçovul alır?

İlanlar və digər sürünənlər öz ovlarını diri halda qəbul edirlər. Təbiətdə onlar siçan, siçovul, dovşan, hətta özlərindən daha iri heyvanları ovlayaraq qidalanırlar. Bu heyvanlara ölmüş qida təqdim etdikdə onu qəbul etmirlər.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Zooloji Parkının direktor müavini Azər Hüseynov zoopark üçün minlərlə siçan və siçovulun alınmasının səbəblərindən danışarkən deyib.

O bildirib ki, tender sənədlərində qeyd olunan 2 700 ədəd böyük siçan, 2 000 ədəd böyük siçovul və 1 500 ədəd birgünlük siçanın alınması ilə bağlı məlumat doğrudur və bu proses hər il həyata keçirilir:

“Bu heyvanlar zooparkın rasionunda olan sürünənlərin və digər yırtıcı növlərin qidalanması üçün nəzərdə tutulur. Burada qeyri-adi heç nə yoxdur. Dünyanın bir çox zooparkında olduğu kimi, qidalanma prosesi heyvanların təbii davranış və bioloji xüsusiyyətlərinə uyğun təşkil edilir.

Alınan siçan və siçovullar küçədən və ya tələlərlə tutulmuş heyvanlar deyil. Bunlar xüsusi şəraitdə yetişdirilən laborator heyvanlarıdır. Ağ siçanlar və ağ siçovullar təmiz şəraitdə böyüdülür və qida məqsədilə istifadə olunur. İnsanlar düşünməsin ki, təsadüfi şəkildə tutulmuş heyvanlar zooparka gətirilir”.

A.Hüseynov qeyd edib ki, bu heyvanların əvəzedici qida məhsulları ilə təmin olunması mümkün deyil:

“Ot yeyən və bəzi məməli heyvanlara qarışıq yemlər vermək mümkündür. Ancaq sürünənlər üçün bu üsul keçərli deyil. Onların qidalanması təbii instinktlərinə uyğun həyata keçirilməlidir.

Tenderdə nəzərdə tutulan sayda siçan və siçovul Bakı Zooloji Parkının bir illik tələbatını qarşılayacaq. Həmçinin bu heyvanlar idxal edilməyəcək, tenderi qazanan şirkət tərəfindən Azərbaycanda yetişdirilən laborator heyvanları tədarük olunacaq.

Yemlənmə prosesi ziyarətçilərin gözü qarşısında aparılmır və əsasən iş saatlarından sonra həyata keçirilir”.

Qeyd edək ki, Bakı Zooloji Parkı üçün heyvan yemləri və qidalarının alınması məqsədilə 348 min 299 manat 42 qəpik məbləğində tender elan olunub. Tender şərtlərinə əsasən, zooloji parka diri halda 2 700 ədəd böyük siçan, 2 000 ədəd böyük siçovul və 1 500 ədəd birgünlük siçan tədarük ediləcək.

Tarix
2026.06.11 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla