Yuxarı

Abşeronda Qurtuluş Günü ilə bağlı konsert keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda Qurtuluş Günü ilə bağlı konsert keçirildi

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında konsert proqramı təşkil olunub.

Abşeron Rayon İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, ilk öncə icra başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təntənəli bayram konsertində şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbir zamanı bildirilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınıb və bugünkü inkişafımızın əsası qoyulub.

Respublikamızın xalq və əməkdar artistlərinin, sevilən mədəniyyət və incəsənət xadimlərinin təqdim etdiyi və sakinlərin böyük coşqu ilə iştirak etdiyi konsert proqramı atəşfəşanlıqla sona çatıb.

Qeyd edək ki, konsert zamanı rayon ictimaiyyəti adından Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova tərəfindən şəhid Elsəvər Paşayevin qızı Nəzrin Paşayeva doğum ilə əlaqədar təbrik edilib. O cümlədən şəhid övladlarının hazırladıqları rəqs nömrəsi hər kəsin könlünü oxşayıb.

Tarix
2026.06.14 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla