Yuxarı

Ruslan Eldaroğlu orqanlarını bağışlayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslan Eldaroğlu orqanlarını bağışlayacaq

Tanınmış jurnalist Ruslan Eldaroğlu orqanlarını bağışlayacaq.

Axar.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün Azərbaycanda minlərlə insan yeni bir həyat şansı gözləyir. Onlar üçün orqan bağışlanması sadəcə tibbi prosedur deyil, yaşamaq ümidi, sabaha uzanan bir körpüdür.

Orqan bağışlanması insanın özündən sonra da həyat verməyə davam etməsinin ən ali nümunələrindən biridir. Bir donor bir neçə insanın həyatını xilas edə, onlarla ailəyə yenidən sevinc və ümid bəxş edə bilər.

Son dövrlərdə yaşadığım sağlamlıq problemləri, keçirdiyim ağır avtomobil qəzasının yaratdığı fiziki çətinliklər, eləcə də ölkəmizdə orqan transplantasiyası sahəsində müşahidə olunan inkişaf, xüsusən də uğurla həyata keçirilən ürək köçürülməsi əməliyyatları məni bu qərarı verməyə sövq edən əsas amillər oldu.

Mən də rəsmi şəkildə bütün orqanlarımı bağışlamaq barədə qərar vermişəm.

Bu qərarı qəbul edərkən düşündüm ki, bir gün mənim artıq ehtiyac duymadığım bir orqan başqa bir insanın həyata yenidən tutunmasına, bir ailənin sevincinə, bir övladın valideyninə, bir valideynin övladına qovuşmasına səbəb ola bilər.

Bəzən tək bir qərar bir insanın deyil, bir neçə insanın taleyini dəyişir. Həyat paylaşdıqca çoxalır. Orqan bağışı isə həyatın ən dəyərli, ən mənalı paylaşımıdır.

Ümid edirəm ki, mənim bu qərarım da cəmiyyətimizdə orqan bağışı ilə bağlı maariflənməyə töhfə verəcək", - o qeyd edib.

Tarix
2026.06.14 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

Putinin vəzifə verdiyi İradə: Heç vaxt bu qədər...

Peru prezidenti Azərbaycan səfiri ilə görüşdü

Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla