Yuxarı

Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...

Paytaxtda torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Hazırda Bakının müxtəlif ərazilərində çıxarışlı torpağın bir sotunun dəyəri təxminən 5 min manatdan başlayaraq 500 min manata qədər yüksəlir.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, mütəxəssislər yay mövsümünün yaxınlaşması və fərdi ev tikintisinə marağın artmasının torpaq bazarında hərəkətliliyi artırdığını deyiblər.

Alıcıların üstünlük verdiyi əsas seçim isə sənədləri qaydasında olan, çıxarışla təmin edilmiş torpaq sahələridir. Bunun əsas səbəbi gələcəkdə ev tikintisi zamanı kommunal xidmətlərin qoşulması ilə bağlı problemlərin qarşısını almaq istəyidir.

Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, mövsümi amillər də qiymətlərin formalaşmasına ciddi təsir göstərir.

Onun fikrincə, hava şəraitinin tikinti işləri üçün daha əlverişli olduğu yaz və yay aylarında torpağa tələbat ənənəvi olaraq artır. Bu isə bəzi satıcıların qiymətləri yüksəltməsinə və bazarda bahalaşmanın sürətlənməsinə səbəb olur.

Tarix
2026.06.15 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla