Yuxarı

Bu reys dostluğun növbəti rəmzi olacaq - Manizadə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu reys dostluğun növbəti rəmzi olacaq - Manizadə

Bakı-Şımkent-Bakı reysi Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq.

Axar.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Onun sözlərinə görə, mülki aviasiya unikal bir missiyanı yerinə yetirir:

“O, şəhərləri və ölkələri birləşdirir, iqtisadiyyatın və biznesin inkişafına təkan verir, dövlətlər və xalqlar arasında hava körpüləri quraraq insanların bir-birinə yaxınlaşmasına kömək edir. Bakı-Şımkent-Bakı reysi Azərbaycan və Qazaxıstan – çoxəsrlik tarixi, mədəni və insani tellərlə bağlı olan iki qardaş dövlət arasında dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq. Yeni reysin məhz Qazaxıstanın ən mühüm iqtisadi, mədəni və işgüzar mərkəzlərindən biri sayılan, dinamik inkişaf edən və ölkə həyatında əhəmiyyətli rol oynayan Şımkent şəhərinə açılması xüsusilə rəmzi məna daşıyır".

O əlavə edib ki, Şımkent AZAL-ın marşrut şəbəkəsində Qazaxıstanın dördüncü şəhəri olub:

"Bu gün Bakıdan Astana, Almatı və Aktau şəhərlərinə müntəzəm birbaşa uçuşlar həyata keçiririk və artıq bu siyahıya Şımkent də əlavə olunur. Əminik ki, Bakı ilə Şımkent arasında birbaşa hava əlaqəsinin açılması ölkələrimiz arasında turizm, işgüzar və humanitar əlaqələrin daha da inkişafına töhfə verəcək. Bu, Azərbaycan vətəndaşları üçün Şımkentin və bütün Cənubi Qazaxıstanın zəngin tarixi, mədəniyyəti və turizm potensialı ilə yaxından tanış olmaq üçün gözəl fürsətdir".

Tarix
2026.06.16 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla