Yuxarı

ADY ilə AİİB arasında əməkdaşlıq istiqamətləri müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY ilə AİİB arasında əməkdaşlıq istiqamətləri müzakirə edildi

Azərbaycan Dəmir Yollarında (ADY) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının gücləndirilməsi və əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.

ADY sədri Rövşən Rüstəmov AİİB-in Azərbaycanda nəqliyyat infrastrukturu və regional bağlantı sahəsində fəal tərəfdaşlığının ölkənin tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb və bunu yüksək qiymətləndirib.

Qeyd olunub ki, Azərbaycanın dayanıqlı şəhər mobilliyi və sərnişindaşıma xidmətlərinin inkişafı ADY-nin strategiyasının əsas komponentlərindən biridir. 2025-ci ildə ADY-nin rayonlararası və Abşeron dairəvi dəmir yolu marşrutları vasitəsilə 10 milyondan çox sərnişin daşınıb ki, bu da etibarlı və dayanıqlı ictimai nəqliyyata artan tələbatın göstəricisidir.

Görüşdə nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının genişləndirilməsi və dayanıqlı logistika həllərinin təşviqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. ADY və AİİB arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2026.06.17 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla