Yuxarı

THY-yə biletlər DigiTravel-lə ABB mobile tətbiqində!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
THY-yə biletlər DigiTravel-lə ABB mobile tətbiqində!

Yeni strateji dövrdə həyat tərzi bankçılığını inkişaf etdirən ABB səyahətsevərlərin imkanlarını daha da genişləndirib.

Artıq ABB mobile-da DigiTravel vasitəsilə AZAL-dan başqa, Türk Hava Yollarının, həmçinin A-Jet, Pegasus, Lufthansa, FlyDubai da daxil olmaqla digər bir çox hava yollarının aviabiletlərini də rahatlıqla, uyğun qiymətə əldə etmək olar. Bu imkan səyahətsevərlərə daha çox seçim və daha rahat səyahət təcrübəsi qazandırır. İstifadəçilər tətbiq üzərindən bir çox istiqamətlərə biletlər axtara, ən uyğun reysləri seçib aviabileti tətbiqdən çıxmadan ödəniş edərək ala bilərlər.

Qeyd edək ki, ABB son illər həyat tərzi bankçılığının mühüm tərkib hissəsi kimi səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplamaqdadır. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən TravelCard məhsulundan, ödənişlərdən millər qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM xidmətini təqdim edib.

DigiTravel xidməti isə aviabiletləri də ABB mobile tətbiqindən almaq imkanı yaradır. Bu, xidmət ölkəmizdə məhz ABB-nin həyata keçirdiyi bir ilkdir. Tezliklə bu imkan bütün istiqamətlərə uçuşlara aid olacaq.

İstənilən ölkəyə və istiqamətə dünyanın aparıcı hava yollarından aviabiletlərin alınması imkanı, ödənişlərin tətbiq üzərindən birbaşa həyata keçirilməsi, mövcud biletləri real vaxtda görərək qiymətləri müqayisə edə bilmək və bilet rezervasiyası səyahətsevərlər üçün DigiTravel xidmətinin əsas üstünlükləridir. Xidmətdən istifadə çox rahatdır. Müştəriyə axtarışlarına uyğun ən sərfəli seçimlərlə bağlı tövsiyələr də verilir.

ABB səyahətsevərlərin eyni platformadan xidmət almaq imkanlarını yeni layihələrlə bundan sonra da genişləndirəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.07.01 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla