Yuxarı

BakıKart artıq ABB mobile-da!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BakıKart artıq ABB mobile-da!

Müştərilərinin həyat tərzi tərəfdaşı olan ABB daha bir mühüm yeniliyini təqdim edib. Artıq ABB mobile tətbiqində QR-la ictimai nəqliyyatdan istifadə imkanı da var. Belə ki, ABB mobile istifadəçiləri tətbiqə daxil olub saniyələr içində QR bilet yaradaraq nəqliyyat ödənişlərini çox rahat həyata keçirə bilərlər.

Fiziki BakıKart balansının ABB mobile tətbiqindən artırılması funksiyası da çox yaxın vaxtlarda mümkün olacaq.

Qeyd edək ki, ABB son illər həyat tərzi bankçılığının mühüm tərkib hissəsi kimi səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplamaqdadır. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən TravelCard məhsulundan, ödənişlərdən millər qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM xidmətini, eləcə də müxtəlif istiqamətlərə sərfəli aviabiletləri rahat şəkildə tapıb elə tətbiqdən almaq imkanı yaradan DigiTravel xidmətini təqdim edib.

ABB mobile tətbiqində QR-la ictimai nəqliyyatda gedişhaqqı imkanının yaradılması da ölkəmizdə həyat tərzi bankçılığının inkişafına, sərnişinlərin rahatlığına, yeni müştəri təcrübələrinin formalaşmasına xidmət edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.07.01 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla