Yuxarı

Girov Şahbaz Quliyevdən xəbər var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Girov Şahbaz Quliyevdən xəbər var - Video

Ermənilərin girovluğunda olan Şahbaz Quliyev ailəsinə növbəti dəfə məktub göndərib.

Axar.az ARB Aran-a istinadən xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məktubu onun Tərtər rayonu ərazisində yaşayan yaxınlarına çatdırıblar.

Girovun bacısı İlhamə Əsgərova deyir ki, o, məktubunda durumunun yaxşı olduğunu bildirib, salamlarını çatdırıb.

"Sonuncu məktub bir neçə gündür göndərilib. Şahbazın vəziyyətində ciddi dəyişiklik yoxdur. Durumu yaxşıdır", - deyə Şahbaz Quliyevin bacısı İlhamə Əsgərova bildirib.

5 övlad anası olan Sənəm nənə isə oğlu Şahbazın hələ də Rusiyada olduğunu düşünür. O deyir ki, kənd yerində yaşamaq onun üçün rahat olduğundan övladlarının yanında qalmır. Elə övladlarının da onu burada ziyarət etməsini istəyir.

"Şahbazın iki qardaşı, iki bacısı var. Onun qardaşları Sumqayıtda yaşayırlar", - deyə Şahbaz Quliyevin anası Sənəm Quliyeva vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Qondarma "məhkəmə" ötən il dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm" çıxarıb.

Tarix
2016.10.01 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

İlham Əliyev Qətər əmirini təbrik etdi

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla