Yuxarı

AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...

AQTA-nın heyvanların daşınması ilə bağlı rəsmi açıqlaması ictimai reaksiyalara səbəb olub.

Axar.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bundan sonra ölkəyə idxal olunan heyvanların yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalı olduğu barədə qərar verib.

“İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə cavab verməlidir. Yeni qaydaların 2027-ci ildən tam tətbiqi nəzərdə tutulub. Bu müddətədək isə heyvanların uyğunlaşdırılmış avtomobillərdə yalnız bir mərtəbədə daşınmasına icazə verilir. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən edilib. Başqa sözlə, ölkəyə diri heyvan gətirilərkən avtomobillərə əvvəlki sayda heyvan yüklənməsinə icazə verilməyəcək”, - məlumatda bildirilir.

İqtisadçı ekspert Natiq Cəfərli isə bunu aşırı tənzimləmə, AB-nin səhvlərinin təkrarlanması, sahibkarlara yaradılan maneə kimi qiymətləndirib. Vurğulanıb ki, bu qərar ətin bahalaşmasını sürətləndirəcək.

AQTA isə belə bir cavab göndərib: “Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir".

N.Cəfərli AQTA-nın bu cavabını məntiqsiz adlandırıb.

“1. Qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır!

2. Heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil, xəstə heyvanı "Maserati"də daşıyanda sağalmır. Xəstə heyvanlar manual və vizual olaraq sərhəddə müəyyən edilir, xüsusi maşına xəstə heyvan minəndə o maşın siqnal çalıb, fəryad etmir! Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir, yəni xüsusi maşında daşınan xəstə heyvan, "ayıbdır, gül kimi maşındır, öz xəstəliyimi başqasına keçirməyəcəm” kimi dərin, fəlsəfi düşüncələrə qərq olmur!

3. Açıqlamada bu "rifah" məsələsini çox bəyəndim! AQTA, yəqin ki, bu sözün mənasını bilmir, yoxsa belə absurd ifadə işlətməzdi. Bəlkə AQTA elə bilir ki, heyvancığazı maşına mindirib unversitetə imtahan verməyə aparırlar?! Heyvanı kəsməyə aparırlar, nə rifah, nə beynəlxalq standart?!” – ekspert qeyd edib.

Tarix
2026.07.09 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla