Yuxarı

Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bir sıra küçələrdə təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, iyulun 16-dan Nəsimi rayonu üzrə Ağadadaş Qurbanov küçəsində, Yasamal rayonu üzrə Şeyx Məhəmməd Xiyabani küçəsində, həmçinin Nizami rayonu üzrə Əliağa Kürçaylı küçəsində təmir işləri aparılacaq.

İyulun 17-dən isə Nizami rayonu ərazisində C.Naxçıvanski küçəsində (8-ci kilometr bazarının sağ və sol tərəfi), eləcə də Yasamal rayonu üzrə Ayna Sultanova küçəsində yol təmiri işlərinə start veriləcək.

Agentlikdən qeyd olunub ki, təmir işləri aparılan müddətdə işlərin gedişatına uyğun olaraq qeyd olunan yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Tarix
2026.07.15 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ Ermənistanda buranı Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla