Yuxarı

Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.

Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

R.Məlikzadə 9 milyon 369 min 411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 000 manatını dövlət büdcəsinə ödəyib. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Tarix
2026.07.18 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident Türkmənbaşıda tədbirdə iştirak edir - Foto

Prezident “Avaza” Kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla