Yuxarı

NATO-nun qətiyyətsizliyi: Rusiya ilə birbaşa toqquşma...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-nun qətiyyətsizliyi: Rusiya ilə birbaşa toqquşma...

Rusiya Avropaya qarşı hibrid hücumlarını kəskin şəkildə gücləndirib, NATO isə buna həddindən artıq ehtiyatlı və pərakəndə şəkildə reaksiya verir. Bu isə daha ciddi qarşıdurma riskini artırır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi Culian Smit bildirib.

Smitin sözlərinə görə, Rusiyanın Avropaya qarşı hibrid hücumları yeni mərhələyə keçib. Son vaxtlar Moskva təkcə kiberhücumlar və dezinformasiya kampaniyaları həyata keçirmir, həm də diversiyalar, yanğınlar və hətta pilotsuz uçuş aparatları ilə hücumlara əl atır.

O qeyd edib ki, əvvəllər Kreml Avropada həyata keçirilən hibrid hücumlarda iştirakını inandırıcı şəkildə inkar etməyə çalışırdı:

“İndi isə daha aşkar insidentlər baş verir: Rusiya PUA-ları NATO ölkələrinin hava məkanına daxil olur, Rusiya raketi Polşa ərazisinə düşür, Almaniya hava limanının yaxınlığında partlayıcı maddə daşıyan dronlar aşkarlanır”.

Smit hesab edir ki, Rusiya hələlik mütləq şəkildə NATO ilə birbaşa müharibəyə başlamağa çalışmır. Onun fikrincə, Moskva daha çox NATO-nun 5-ci maddəni həqiqətən tətbiq etməyə nə dərəcədə hazır olduğunu yoxlamağa, həmçinin müttəfiqlər arasında parçalanma yaratmağa cəhd edir.

Keçmiş daimi nümayəndə bildirib ki, Rusiyanın digər məqsədləri Avropa ölkələrini Ukraynaya gələcək dəstəyi davam etdirməkdən çəkindirmək və Ukraynaya yardımın qiymətini tədricən artırmaqdir.

Smit vurğulayıb ki, hazırda NATO-nun qarşısında duran ən böyük problem hibrid hücumlara kifayət qədər qətiyyətli reaksiya verilməməsidir. O qeyd edib ki, hər bir insident ayrıca araşdırılır və bundan sonra Alyans məhdud tədbirlər görür.

Onun sözlərinə görə, bu yanaşma nəticəsində Moskva ciddi nəticələrlə üzləşmədən tədricən riskləri və gərginliyi artıra bilər.

Tarix
2026.10.08 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla