Yuxarı

Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - Rəsmi

Bakıda yerləşən hərbi hissələrdən birində övladı ilə görüşə gedən vətəndaş tətbiq olunan qaydalarla bağlı narazılığını bildirib. Belə ki, onun özü ilə apardığı ərzaq məhsullarının hərbi hissənin ərazisinə keçirilməsinə icazə verilməyib. Halbuki onun apardığı məhsullardan bəziləri hərbi hissənin daxilindəki mağazada satılır.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov Axar.az-a bildirib ki, hərbi qulluqçular dövlət hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən etdilmiş normalar üzrə ərzaqla təmin edilirlər.

“Hərbi hissələrdə fəaliyyət göstərən əsgər mağazalarında satılan qida və içki məhsulları Azərbaycan Respublikasının "Qida təhlükəsizliyi haqqında" Qanununa və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiq etdiyi sanitar-gigiyenik normalara və texniki reqlamentlərə cavab verir. Bu normalara uyğun olaraq qida və içki məhsullarının qəbulu, saxlanılması, hazırlanması və satışı mağazanın yerləşdiyi hərbi hissənin həkim heyəti və aidiyyəti üzrə digər vəzifəli şəxslərinin nəzarəti ilə həyata keçirilir. Bu baxımdan əsgər yaxınlarının həssaslığını nəzərə alaraq ev şəraitində hazırlanan, daşınması və saxlanılması xüsusi şərait tələb edən qidaların hərbi hissələrə gətirilməsi məsləhət görülmür”, - o vurğulayıb.

A.Eyvazov qeyd edib ki, hərbi hissənin daxilindəki mağazalarda satılan məhsulların alınması könüllü xarakter daşıyır və vətəndaşların öz istəyindən asılıdır.

Tarix
2026.07.21 / 10:49
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla