Yuxarı

Bacısını öldürənə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısını öldürənə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Seyid Mirəli Seyid Kamil oğlu Cavadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Report-un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Cavadov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il aprel ayının 8-də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində baş verib. 1991-ci il təvəllüdlü S.Cavadovun bacısı 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb. İ.Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. M.Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas ediblər. Hadisəni törətməkdə şübhəli bilinən S.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Belə ki, M.Cavadovla nikahdan iki övladı olan İ.Cavadova ərindən boşanmaq istəyib. Cinayət hadisəsindən bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb. Daha sonra İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı S.Cavadov onların evinə gələrək, bacısına 21 bıçaq zərbəsi endirib, əmisi oğluna isə xəsarətlər yetirib.

S.Cavadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə ittiham olunur.

Tarix
2016.10.05 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla