Yuxarı

Göyçayda müəmmalı bıçaqlanma hadisəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda müəmmalı bıçaqlanma hadisəsi

Göyçay rayon sakinləri bir-birini bıçaqlayıb.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Göyçayın Ərəbcəbirli kəndində qeydə alınıb. Şəhərin N.Nərimanov küçəsindəki 126 saylı mənzildə yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Əlisa Nüsrət oğlu və Ərəbcəbirli kənd sakini 1978-ci il təvəllüdlü Əhmədov Səbuhi Fərrux oğlu bıçaq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Təcili olaraq cərrahiyyə əməliyyatı olunan Əlisa Məmmədov və Səbuhi Əhmədovun həyatı həkimlərin səyi nəticəsində xilas olunub.

Polis əməkdaşları hadisə yerinə baxış keçirib və xəsarət alan şəxsləri dindirərkən məlum olub ki, Əlisa və Səbuhi bir-birini bıçaqlayıb. Məlumata görə, onlar yemək yeyərkən spirtli içki qəbul ediblər. Sərxoş olan dostlar şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bir-birlərinə bıçaqla bir neçə dəfə xəsarət yetiriblər. Hazırda hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2016.10.06 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla