İnsanın həyatda ilk xoşbəxt hadisəsi onun dünyaya
gəlişidir. Çünki Tanrı ona yaşamaq haqqı, sevinmək və kədərlənmək,
sevmək və sevilmək, görmək, eşitmək, duymaq kimi hisslər
verir.
Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç
də uzaqda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə
sirlərini bilmək kifayət edər. Həmin sirləri diqqətinizə
çatdırırıq.
1. Keçmişinizə çox da boylanmayın. Əgər ötən zamanda
buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə xoşbəxtliyə gedən
yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün,
ancaq peşimançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol
verməmək üçün həmin anlardan nəticə çıxarın.
2. Şükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyətləriniz və
uğurlarınızla sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün
dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə
gəlin ki, siz hələ çox şeylərə qadirsiniz.
3. Mənəvi dəyərlərə daha çox üstünlük verin. Unutmayın ki,
mənəvi rahatlıq ən böyük xoşbəxtçilikdir.
4. Xoşbəxt olmağın sirrlərindən biri də Tanrının bəxş etdikləri
ilə qane olmaqdır. Əgər siz sağlam və iş qabiliyyətinə maliksinizsə
deməli xoşbəxt insansınız. Allahın sizə verdiklərindən səmərəli
istifadə edin.
5. Paxıllıq hisslərindən nə qədər çox uzaq olsanız, bir o qədər
də xoşbəxt olacaqsınız.
6. Sevdiklərinizdən öz sevginizi əsirgəməyin. Sevgi hisslərinizi
səxavətlə doğmalarınıza bəxş edin. Bu həm sizi, həm də
doğmalarınızı xoşbəxt edəcək.
7. "Hər şey məndə də olmalıdır" şüarından uzaq olmağa çalışın.
Çünki sizin istəklərinizdən asılı olmayaraq Tanrı əməllərinizə görə
layiq olduğunuzu özü müəyyənləşdirəcək.
8. Çalışın ki, həyatınız sevgi və xoş münasibətlərlə zəngin
olsun. Xoş hisslər və məhəbbət olan yerdə həmişə xoşbəxtlik də
olur.
9. Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Mərhəmətli
insanları Allah həmişə dəyərincə qiymətləndirir.
10. Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin
açarıdır və hər bir insanın sağlamlığı Yaradanın əmanətdir.
11. Ən başlıcası isə insanları dəyərləndirməyi bacarın.
Ətrafınızda əməli saleh olan insanları qiymətləndirsəniz bu sizin
mövqeyinizi müəyyənləşdirəcək ki, siz də insanlar tərəfindən layiq
olduğunuz qiyməti alacaqsınız.
Xoşbəxtliyə gedən yollarda əməliniz saleh, niyyətiniz təmiz
olsun. Unutmayın ki, bu müvəqqəti həyatda xoşbəxt olmağınız öz
əlinizdədir. ("Modern.az")