Yuxarı

Şair bu adama 19,5 milyon dollar verib - MTN işi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şair bu adama 19,5 milyon dollar verib - MTN işi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK"-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda şair Gülağa Tənha ifadə verib. O ifadəsində bildirib ki, 2014-cü ildən İlham Qasımovla münasibətləri çox yaxşı olub və onunla şərik olaraq biznes plan qurmağa qərar veriblər.

Onun sözlərinə görə, "Odlar Yurdu MTK"-nın adı ilə qurulan şirkətin fəaliyyəti üçün İ. Qasımova ümumilikdə 19,5 milyon dollar verib: "O da bu pula bina tikməli idi. Mənə deyirdi ki, əlimizə yaxşı pul gələcək, yaxşı qazanacağıq. Sonra bu işlər alınmadı və onun məni aldatdığını gördüm. 12 ev tikirdi, mənə 18 deyirdi. Mən də pulumu istəyəndə, İlham məni təhqir etdi. Bundan sonra məsələni qanun çərçivəsində həll etməyi qərara aldım. Müxtəlif rayonlarda İlham Qasımov 40-a yaxın adamı aldadıb. Pulumuzu istəyəndə isə məni təhqir edirdi".

O, İ. Qasımovun borcu olan şəxslərdən birinin hələ həbsxanada olarkən vəfat etdiyini də deyib.

Sonra Gülağa Tənha dövlət ittihamçısının suallarını cavablandırıb.

Proses davam edir.

İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək.

İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Tarix
2016.10.07 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla