Yuxarı

Gömrükdə əməliyyat: Külli miqdarda siqaret tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə əməliyyat: Külli miqdarda siqaret tutuldu

Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən xeyli miqdarda müxtəlif markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, "VAZ-21013" markalı minik avtomobilində aksiz markasız tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.

Əməliyyat tədbiri nəticəsində "VAZ-21013" markalı minik avtomobili Masallı şəhərindən Cəlilabad istiqamətində hərəkətdə olarkən saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 85.400 ədəd "Manchester", "Golden Gate" və "D&J" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.10.07 / 12:27
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla