Yuxarı

Növbəti maarifləndirmə tədbirləri Xankəndidə keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti maarifləndirmə tədbirləri Xankəndidə keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Xankəndi şəhərində əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri keçirib.

Axar.az xəbər verir ki, Xankəndidə 30 müəssisəni əhatə edən 8 tədbirdə işəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 232 nəfər iştirak edib.

Maarifləndirmə tədbirləri Xidmətin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, həmçinin Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilib.

İştirakçılara əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.

Müvafiq sahədə yeni dövlət standartlarının tətbiqindən, həmçinin iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına yönəlmiş tədbirlərdən bəhs olunub.

Mina təhlükəsizliyinin əsas prinsipləri, mövcud risklər və onların qarşısının alınması üzrə mühüm məlumatlar da diqqətə çatdırılıb.

İştirakçılara müvafiq mövzular üzrə yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2026.07.30 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla