Yuxarı

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Toydan əvvəl qız evində qurulan xına gecəsi artıq sadəcə ənənəvi mərasim deyil. Gəlinin geyimi, dekorasiyası, musiqisi, rəqs proqramı və ən əsası, gecəni idarə edən aparıcının seçimi üçün ailələr kifayət qədər ciddi büdcə ayırırlar. Xüsusilə məşhur xına aparıcılarının dəvət olunması mərasimin xərcini daha da artırır.

Bəs tanınmış aparıcılar bir xına gecəsinin idarə olunmasına görə nə qədər qonorar alırlar? Qiymətlər nədən asılıdır və məşhurluq qonora təsir edirmi?

Axar.az “Yeni Sabah”a istinadla məşhur xına aparıcılarının qonorarlarını təqdim edir:

1. Rəqqasə Fatimə Fətəliyevanın xına məclislərinin qiyməti 6 mindən başlayır. Premium paketin qiyməti isə 10 min manatdır. Həmin qiymətə rəqs şouları, dekor, musiqi, ansambl, oriental rəqslər, DJ və xüsusi şou ilə bəyin restorana gətirilməsi daxildir. Əgər razılığa gəlsəniz, 500 manat məbləğində beh ödəməlisiniz.

2. Şairə Nazilə Səfərli ölkədə tanınan xına aparıcılarından biridir. O, bütöv məclisin təşkili üçün 9 min manat qonorar tələb edir. Qiymətə ansambl, müğənni, açılışda 8 rəqqasə ilə gəlini qarşılama, xınayaxdı zamanı rəqs, “Haxışta” qrupu, 2 naxışçı, bəyi restorana gətirmək üçün zurna dəstəsi, oriental, DJ və sona kimi şairənin öz iştirakı daxildir.

3. Çinarə Əliyeva bütöv xına məclislərinin təşkili üçün 7 min manat vəsait tələb edir. Qiymətə ansambl, dekor, rəqqasələr, xüsusi şou və s. xidmətlər daxildir. Ç. Əliyeva tək aparıcılıq üçün isə 3 min manat qonorar alır.

4. Könül Muxtarova təkcə aparıcılıq üçün 2500 manat qonorar alır. Qalan hər şey paket şəklində təklif olunur və qiymət 2 min manatla 15 min manat arasında dəyişir. Qiymətin əsas dəyişmə səbəbi isə qurulacaq dekordan asılıdır.

5. Xuraman Şuşalı xına məclislərinin təşkili üçün 5-6 min manatdan başlayaraq qonorar tələb edir. Qiymət qonaq sayı və proqramın təşkilinə görə dəyişir. Dekor və xidmətdən asılı olaraq qiymət artıb-azala bilər.

Tarix
2026.07.30 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla