Yuxarı

Bakıda binanın altından metroya keçid inşa edilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda binanın altından metroya keçid inşa edilir - Video

Bakının Məhəmməd Hadi küçəsində yerləşən 17 mərtəbəli binanın sakinləri binanın altındakı ticarət mərkəzinə metrodan keçid tikildiyini iddia edirlər.

Axar.az xəbər verir ki, sakinlərin sözlərinə görə, aparılan işlərdən evlərində rahat yaşaya bilmirlər.

“Binamızın altını qazırlar, dəmirləri kəsirlər, binamız uçur”, - deyə sakinlərdən biri qeyd edib.

Özünü binanın komendantı kimi təqdim edən İsa Talıblı isə bildirdi ki, sakinlərin “tikinti gedir” dedikləri ərazi binaya deyil, metroya aiddir və bunun binaya heç bir aidiyyəti yoxdur.

Məsələ ilə bağlı “Bakı Metropoliteni”ndən bildirilib ki, “Həzi Aslanov” stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, “Bakı Metropoliteni”nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Tarix
2026.07.31 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla