Yuxarı

Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar

Azərbaycanda işləməyə davam edən pensiyaçıların pensiyalarının yenidən hesablanması prosesi avtomatik qaydada davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artıq 1300-dən çox şəxsin pensiyası 6 illik iş stajı əsasında artırılıb.

Bəs bu mexanizm hansı pensiyaçılara şamil olunur və pensiya məbləği hansı qaydada hesablanır?

Axar.az xəbər verir ki, iqtisadçı, deputat Vüqar Bayramov Globalindo.az-a açıqlamasında işləyən pensiyaçıların pensiya məbləğinin hər altı ildən bir yenidən hesablanaraq artırıldığını bildirib:

“Bu zaman altı il ərzində toplanmış pensiya kapitalı hesablanır və onun qanunvericiliyə uyğun hissəsi 72-yə bölünərək alınan məbləğ mövcud pensiyaya əlavə edilir. Yəni vətəndaş pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, həmin müddətdə topladığı pensiya kapitalı hər altı ildən bir avtomatik şəkildə yenidən hesablanır və nəticədə pensiya məbləği artırılır. Bu baxımdan, 2020-ci ilin avqust ayında pensiya hüququ yaranmış və həmin vaxtdan işləməyə davam edən pensiyaçıların pensiya məbləğində növbəti ay artım olacaq. Çünki onların son altı ildə formalaşmış pensiya kapitalının qanunvericilikdə nəzərdə tutulan 90 faizi 72-yə bölünərək aylıq pensiyalarına əlavə ediləcək”.

Deputat qeyd edib ki, bu proses tam proaktiv qaydada, vətəndaşın hər hansı müraciətinə ehtiyac olmadan elektron sistem üzərindən həyata keçirilir:

“Bu isə həm şəffaflığın, həm də səmərəliliyin artırılmasına xidmət edir. Nəticədə işləməyə davam edən və pensiya kapitalı toplayan vətəndaşların pensiya məbləğlərində növbəti artımlar baş verir”.

Tarix
2026.08.01 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla