Yuxarı

Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Azərbaycan Dəmir Yolları ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən elektrik qatarının maşinist köməkçisi hazırlığı proqramı uğurla başa çatıb.

Axar.az xəbər verir ki, proqram çərçivəsində maşinist ixtisası üzrə təhsil alan tələbələr arasından seçim əsasında qrup formalaşdırılıb. ADY-nin peşəkar əməkdaşları tərəfindən keçirilən nəzəri və praktiki təlimləri uğurla başa vuran iştirakçılar maşinist köməkçisi vəsiqəsi almaq üçün müsabiqədə iştirak ediblər.

Müsabiqənin nəticələrinə əsasən, 11 namizəd ADY-də işə qəbul olunub. Yeni əmək fəaliyyətinə başlayacaq namizədlərlə görüş keçirilib, onlara maşinist köməkçisi vəsiqələri təqdim olunub. Yeni əməkdaşları ADY kollektivinə qoşulmaları münasibətilə təbrik ediblər.

Qeyd edək ki, ADY ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində mərkəzin tələbələri hər il ADY-də istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində tələbələrin bilik və bacarıqları qiymətləndirilir, uğurlu nəticə göstərən məzunlar isə mövcud vakant vəzifələr üzrə işlə təmin olunurlar.

Tarix
2026.08.04 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla