Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 noyabrda
keçiriləcək yeni hərraclar elan edilib.
Komitədən Axar.az verilən məlumata görə, Əmlak Məsələləri Dövlət
Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 8
noyabr tarixində keçiriləcək növbəti hərracda 77 dövlət müəssisə və
obyekti çıxarılıb.
Bu dövlət əmlaklarının 26-ı özəlləşdirmə prosesi çərçivəsində
yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45
faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan
səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, kənkimya, nəqliyyat,
tikinti, emal və sair sahələrə aid müəssisələr vardır. Belə ki, bu
səhmdar cəmiyyətləri arasında "Azinterservis", "Lənkəran Taxıl",
"Ağcəbədi Pamıq", "Biləsuvar Pambıq, "Zaqatala Sənaye", ""Bərdə
Dəmir Beton-9" və digər müəssisələr vardır. Qeyd edilməlidir ki,
hərraca cıxarılan səhmdar cəmiyyətləri Bakı şəhəri ilə yanaşı,
respublikanın müxtılif bölgələrində yerləşir.
Həmçinin hərraca 51 kiçik dövlət müəssisə və obyekti də
çıxarılıb. Bu obyektlər sırasında həmçinin Bakı şəhərinin ayrı-ayrı
rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli
ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir. Bunlar
sırasında 10 kvadrat metrdən başlayaraq 400 kvadrat metrədək olan
obyektlər vardır. Bu obyektlərin hərrac qiymətləri 6500 manatdan
800 000 min manatadəkdir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında isə Bakı
şəhərinin müxtəlif rayonlarında habelə, Gəncə, Sumqayıt və
Mingəçevir şəhərləri, Abşeron, Şəki, Neftçala, Sabirabad
rayonlarında yerləşən ictimai iaşə, xidmət və ticarət müəssisələri
vardır.
Bu müəssisələrin özəlləşdirilməsində iştirak etmək istəyən
şəxslər obyektlər baradə ətraflı məlumatları privatization.az
portalından əldə edə bilərlər. Bu məlumatlara obyektlərin
fotoşəkilləri, ünvanı, sahəsi və digər zəruri göstəricilər
daxildir. Eyni zamanda hərraca çıxarılan əmlaklar barədə
məlumatları komitənin rəsmi internet saytı vasitəsi ilə ətraflı
məlumat əldə etmək mümkündür. Bununla yanaşı dövlət əmlakının
özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak
qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan
"Mülkiyyət" qəzetində də dərc edilir.
Qeyd edilməlidir ki, hərraclar açıq keçirilir və istənilən şəxs
hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak
etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün
komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada,
habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla
bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i
məbləğində beh ödəmək kifayətdir.
Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank
günü qalanadək verilməlidir.
Bununla yanaşı hərrac prosesi ilə tanış olmaq istəyən hər bir
vətəndaş "açıq hərrac"larda iştirak edə bilər. Əmlak Məsələləri
Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş
adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi
özəlləşmədə fəal iştirak etməyə dəvət edir.