Yuxarı

Gömrükdə qadağan edilmiş dərmanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə qadağan edilmiş dərmanlar tutuldu

Ərzaq məhsullarının arasından güclü təsir edən maddə çıxıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun əl yükünə gömrük baxışı keçirilib.

Baxış zamanı vətəndaşa məxsus qarışıq ərzaq məhsulları olan əl yükünün içərisində, gömrük nəzarətinə bəyan olunmamış iki ədəd plastik flakonda, cəmi 554 həb "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Məlumat üçün bildiririk ki, "Tramadol" adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan 554 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 83,1 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.10.10 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla