Yuxarı

Bakıda polislərə elektroşokla hücum edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda polislərə elektroşokla hücum edildi

Bakıda polis əməkdaşlarına hücum olub.

Report-un məlumatına görə, hadisə Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində qeydə alınıb.

Polis əməkdaşları qeyd olunan ərazidə xidmət apararkən 4 nəfər şəxsin ictimai yerdə yüksək səslə, əl-qol hərəkətləri ilə mübahisə etdiklərini görüb özlərini onlara təqdim edərək intizama dəvət ediblər. Həmin şəxslərdən biri, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Araz Məmmədov üzərindəki elektroşok cihazını çıxararaq polis əməkdaşlarına yönəldib.

Polis əməkdaşları onu və Kürdəmir rayon sakinləri - 1996-cı il təvəllüdlü Kənan Vəliyevi, 1990-cı il təvəllüdlü Fərahim Süleymanovu və Ağcabədi rayon sakini 1990-ci il təvəllüdlü Namiq İsmayılovu polisin qanuni tələbinə riayət etməyə dəvət etdikdə A.Məmmədov bu dəfə üzərində olan bıçaqla qanun qoruyucularına hücüm edərək xəsarət yetirməyə cəhd göstərib.

Hər iki hücumun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Sonradan məlum olub ki, dörd nəfərdən A.Məmmədov və F.Süleymanov əvvəllər məhkum olunmuş şəxslərdir. Onların hamısı tutulub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.10.10 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla