Yuxarı

Tarif Şurası ödəniş məbləğini dəyişir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarif Şurası ödəniş məbləğini dəyişir

Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirməklə bağlı müvafiq işlər görülür.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-ya bildirib ki, artıq müvafiq məlumatların alınması üçün Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.

O qeyd edib ki, məlumatlar Tarif (qiymət) Şurasına daxil olduqdan sonra təhlillər və araşdırmalar aparılacaq:

"Aparılan araşdırma və təhlillərin nəticəsi olaraq bu məsələ Tarif (qiymət) Şurasının gündəliyinə daxil ediləcək".

Qeyd edək ki, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmana əsasən, dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.

Tarix
2016.10.11 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Türkiyəyə başsağlığı verdi

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla