Yuxarı

Zakir Fərəcov sakinlərlə növbəti görüşünü keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov sakinlərlə növbəti görüşünü keçirdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 8-ci mikrorayon ərazisində sakinlərlə səyyar qəbul-görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlərin müraciətləri, onları narahat edən məsələlər və ərazinin sosial-məişət problemləri dinlənilib.

Şəhər rəhbəri vətəndaşlarla səmimi söhbət apararaq onların təklif və müraciətlərini diqqətlə dinləyib.

Görüşdə əsasən şəhər təsərrüfatı, kommunal xidmətlər, sosial təminat, məşğulluq və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Zakir Fərəcov hər bir müraciətin aidiyyəti üzrə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Səyyar qəbul zamanı şəhər sakinləri ilə birbaşa ünsiyyətin və onların problemlərinin yerində öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və həlli Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biridir.

Görüşdə iştirak edən sakinlər müraciətlərinin dinlənilməsinə və qaldırılan məsələlərə diqqətlə yanaşılmasına görə razılıqlarını ifadə ediblər.

Tarix
2026.08.26 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla