Yuxarı

Məktəbli formalarının yeni qiyməti: 5, 10 AZN endirim...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbli formalarının yeni qiyməti: 5, 10 AZN endirim...

Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib.

Axar.az xəbər verir ki, Bakı Tikiş Evi (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bu il jaketlərin qiymətinin də 30 manatdan 20–22 manata endirildiyini deyib.

O qeyd edib ki, həmin endirimli qiymətlər cari ildə də qüvvədədir.

E.Əzimov vurğulayıb ki, köynək və polo köynəklərin qiyməti qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manatdır. Məhsullar 100 faiz pambıq parçadan hazırlanır.

“Satış mərkəzləri ilboyu fəaliyyət göstərir. Məktəb mövsümü ərəfəsində isə bütün şənbə və bazar günləri də daxil olmaqla, həftənin bütün günləri, ayın 15-dək fəaliyyət göstərəcəklər. Satış mərkəzlərinin ünvanları, əlaqə nömrələri, qaynar xətt və digər məlumatlar müəssisənin "Instagram" səhifəsində, eləcə də Bakı Tikiş Evinin internet saytında yerləşdirilib”, - deyə o bildirib.

BTE həmçinin valideynlərə müraciət edərək, məktəb formalarını təsadüfi satış yerlərindən almamağı tövsiyə edib:

“Valideynlərə təsadüfi satış yerlərindən mənşəyi və keyfiyyəti məlum olmayan məktəb formalarını almamaq tövsiyə olunur. Belə məhsulların hansı materialdan hazırlandığı məlum olmaya, həmçinin onların keyfiyyət və uyğunluq sertifikatları olmaya bilər. Valideynlərə fabrik istehsalı olan, sertifikat və zəmanətlə təmin edilən məhsullara üstünlük vermələri tövsiyə edilir. Məktəb formalarına bir il zəmanət verilir və bu müddət ərzində onların keyfiyyətində heç bir dəyişiklik olmayacağına zəmanət verilir”, - deyə müraciətdə bildirilib.

Tarix
2026.08.27 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanla Bakı arasında münasibətlərin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla