Yuxarı

Qanvermə aksiyasının keçiriləcəyi məkanlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanvermə aksiyasının keçiriləcəyi məkanlar

Məhərrəm ayı boyunca ehtiyacı olanlar üçün könüllü qanvermə aksiyası Mərkəzi Qan Bankı və onun bölgələri əhatə edən 8 bölməsində - Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Şəki, Şirvan və Bərdə şəhərlərində də davam edəcək.

Bu barədə Report-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, şənbə və bazar günləri insanlar Mir-Mövsüm ağa məscidində qan verə bilərlər: "Mir-Mövsüm ağa məscidində ilboyu qan vermək mümkündür. Məscid hər cür şəraiti olan xeyriyyə Qan Bankı tikib. Bizim əməkdaşlar ilboyu şənbə və bazar günləri orda olur və ziyarətə gələnlər arasında könüllü qan vermək istəyənlərdən qan götürür".

Qeyd edək ki, Aşura günü saat 9:00-dan 18.00-a kimi keçirilən qanvermə aksiyalarında 4141 nəfər könüllü olaraq qan verib və nəticədə 1863,3 litr qan tədarük olunub.

Tarix
2016.10.13 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla