Yuxarı

İlin son Ay tutulması: Azərbaycandan da göründü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlin son Ay tutulması: Azərbaycandan da göründü

07:33

Avqust ayında ilin son Ay tutulması hadisəsi başlayıb.

Bu barədə Axar.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu, Qismən Ay tutulmasıdır. Yəni Yerin Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik bucaq əmələ gətirir. Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer ilə Günəş arasındakı xəttin üzərindən dəqiq keçmir. Buna görə də tutulmalar hər ay deyil, Ay, Yer və Günəşin uyğun konfiqurasiyada – bir düz xətt üzərində və ya kiçik fərq olduğu halda baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkün olur.

Tutulma saat 05:23-də başlayıb, saat 11:01-də bitəcək. Təbiət hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunmur. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cüzi azalması kimi hiss olunur.

Xatırladaq ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi – iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki, onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq. Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən Qismən Günəş tutulması kimi müşahidə olunacaq.

***

Yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumata görə, tutulmanın maksimumu saat 08:12:53-də olub.

Qeyd edək ki, tutulma Avropa, Afrika, Asiya və Amerikadan görülüb. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olub.

Tarix
2026.08.28 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla