Yuxarı

Kəlbəcərə dolu düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcərə dolu düşdü

10:17

Avqustun 28-i saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Gədəbəydə 20 (aylıq normanın 37%-i), Qusarda 5, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Neftçala və Culfada 18 m/s-dək güclənir.

Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 38, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.

***

Avqustun 28-i saat 15:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən məlumata görə, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu yağıb.

Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02–15:16 radələrində diametri 15–20 mm olan dolu yağıb.

Tarix
2026.08.28 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla